IQNA

İslami ölkələrin radio-televiziyalar birliyinin baş asambeleyasının dördüncü iclası Tehranda öz işinə başladı

23:51 - October 10, 2010
Xəbər sayı: 2010213
Beynəlxalq şöbə: Tehranda İslami ölkələrin radio-televizyalar birliyinin baş asambeleyasının dördüncü iclası İran dövlət televiziyasının konfrans zalında öz işinə başladı.
İQNA Quran agentliyinin İran dövlət televizyasının beynəlxalq konfranslar mərkəzindən verdiyi məlumata əsasən, bu günki iclas “haqqı əldə etmək üçün hamı bilikdə” şüarı ilə öz işinə başlayıb. Konfransda “İslami KİV-lərin dünya mətbuatı ilə mübarizədə yerini möhkəmlət” mövzusu müzakirəyə çıxarılıb.
Konfransda dünyanın müxtəlif ölkələrindən radio-televiziya kanallarının nümayəndələri və müdirləri və eləcə də İslami radio-televiziyalar birliyinə üzv ölkələrin televiziya rəhbərləri iştirak edir.
Konfransın açılışında Qurani Kərim tilavət olundu. Sonra İslami radio-televiziyalar birliyinin baş katibi Əli Kərimyan, İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti, Əfqanıstanın dini rəhbərlərindən Şeyx Asəf Möhsüni kimi şəxsiyyətlər İslam dünyasında KİV-lərin rolunun əhəmiyyəti və mövcud vəziyyəti və eləcə də müsəlmanların mənafeazyinin qorunmasının zəruriliyindən danışdılar.
Konfransda ABŞ, Tanzaniya, Fələstin, Livan, Bəhreyn, Kuveyt, Türkiyə, Pakistan, Əfqanıstan, Böyük Britaniya, İraq və İrandan radio və televiziya rəhbərləri iştirak edirlər.
Konfrans oktyabrın 12-nə kimi davam edəcək.
671992
captcha