IQNA

Fransanın Public Senat televiziya kanalı “Fransa müsəlmnaları” sənədli filmini yayımlayıb

11:36 - October 13, 2010
Xəbər sayı: 2012061
Beynəlxalq şöbə: “Fransa müsəlmanları” adlı sənədli filmin birinci seriyası oktyabrın 11-də Fransanın Public Sénat kanalında yayımlanıb.
İQNA Quran agentliyi “saphirnews” saytına istinadən məlumat verir ki, bu sənədli film Phares et Balises şirkətində Məhəmməd Jozef, Amanoel Blanşar və Kərim Miskə tərəfindən hazırlanıb. 1904-cü ildə Fransaya müsəlmanların gəlişindən sonrakı dövrü əhatə edir.
Sənədli filmin birinci seriyası “Yerlilər; 1904-1945” adı ilə yerli vaxtla saat 22:30-da, ikinci hissə “Mühacirlər; 1945-1981” adı ilə gələn həftənin birinci günü, üçüncü hissə “Fransalılar; 1981-2009” adı ilə oktyabr ayının 23-də Public Senat kanalında yayımlanacaq.
Eləcədə bu sənədli film bu kanalda yayımlandıqdan bir həftə sonra «www.publicsenat.fr» saytında yayımlanacaq. 672605
captcha