IQNA

10:52 - October 14, 2010
Xəbər sayı: 2012588

İslami ölkələrdə təhsil və araşdırmaların keyfiyyətinin artırılması yolları müzakirə olunacaq

Beynəlxalq şöbə: Oktyabr ayının 19-21-də Maleziyada İslam ölkələri təhsil nazirlərinin beşinci iclası keçiriləcək. İclasda islami ölkələrin inkişafı üçün bu ölkələrdə təhsil və araşdırmaların keyfiyyətinin artırılması yolları müzakirə olunacaq.

İQNA Quran agentliyinin “İSESCO” saytına istinadən məlumatına əsasən, İslam ölkələri təhsil nazirlərinin (İCMHESR) beşinci iclasında müsəlman ziyalı qadınlar kanalının yaradılması və onun nizamnaməsinin hazırlanması, İslam dünyası universitetləri mərkəzinin məruzəsi, İSESCO baş katibinin məruzəsi və s. müzakirə olunacaq. Bundan başqa İslam ölkələrində Nano texnologiyası və islami ölkələrin öhdəlikləri və texnologiyası sahəsində iki sənəd də müzakirəyə çıxarılacaq.
İclas çərçivəsində “İslam ölkəlrəində elm və texnologiyası sahəsində qadınların rolunun artırılması” mövzusu ilə bağlı dəyirmi masa keçiriləcək. İCMHESR-in ilk iclası 2000-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.
673907
captcha