İQNA Quran agentliyi İran president aparatının rəsmi saytına istinadən məlumat verir ki, Mahmud Əhmədinejad oktyabrın 13-də Livana səfər öncəsi Səudiyyə Ərəbistan kralı ilə telefon danışığında region ölkələri arasında əməkdaşlıqların zəruriliyindən danışıb. “Heç şübhəsiz regionun təsir edici ölkələri o cümlədən İran və Səudiyyə Ərəbistan kimi ölkələrin arasında əlaqələrin genişlənməsi regionda xüsusi ilə Livanda sabitliyi möhkəmləndirir”, -deyə Əhmədinejad deyib.
Əhmədinejad əlavə edib ki, İran və Səudiyyə Ərəbistan arasında əlaqələrin müsbət yöndə inkişafı region və islam dünyası xalqlarının xeyrinədir. 674232