IQNA

8:35 - October 18, 2010
Xəbər sayı: 2014728

ABŞ konqresinin qarşısında müsəlmanlar cümə namazı qıldılar

Beynəlxalq şöbə: Vaşinqton şəhərində yaşayan müsəlmanlar bu şəhərdə müsəlmanlara qarşı ayrı-seçkilik siyasətlərinə etirazlarını nümayiş etdirmək üçün bu həftə cümə namazlarını ABŞ konqresinin qarşısında qıldılar.

İQNA Quran agentliyi “dikkathaber” saytına istinadən məlumat verir ki, Vaşinqton şəhərində yaşayan müsəlmanlardan 300 nəfər oktyabr ayının 15-də cümə günü ABŞ konqresinin qərb qapısı qarşısında toplaşaraq ABŞ-ın bəzi şəhərlərində müsəlmanlara qarşı təşkil olunmuş hücumlara etiraz ediblər. Onlar ABŞ prezidentindən istəyiblər ki, məsihi olmayan əhali ilə ədalətli davransın.
Konqresin qarşısına yığışan müsəlmanlar həmçinin islamofobiyanın aradan qaldırılmasını istəyiblər.
Məlumata əsasən, bir qrup şəxs müsəlmanlarla qarşı durma yaratmaq üçün şüarlar səsləndiriblər, lakin müsəlmanların onlara fikir vermədiyini görüb dağılıblar.
675759
captcha