IQNA

İfratçı yəhudilər Fələstində müsəlmanların qəbristanlığını hücum edib

19:44 - October 26, 2010
Xəbər sayı: 2020346
Beynəlxalq şöbə: Sionist rejiminin tikdi şəhərciklərdə yaşayan yəhudilərdən bir qrup şəxs Quddum şəhərinin müsəlman qabiristanlığına hücum edib. Hadisə ötən həftənin cümə günü baş verib.
İQNA Quran agentliyi AFP xəbər agentliyinə istinadən məlumat verir ki, hədisənin şahidlərindən olan İmən Əbdülfateh deyib ki, ifratçı yəhudilər cümə günü səhər saat üç radələrində Quddum şəhərindəki müsəlman qəbiristanlığına gəlib, qəbirlərin üzərində Fələstinə zidd şüarlar yazıb, sonra qəbirləri üzərində yəhudi simvolları çəkib qaçıblar.
Əbdülfateh bildirib ki, müsəlmanların qəbirləri ilə yanaşı mənim evimə də hücum ediblər. Fələstinin işğal olunmuş ərazisində müsəlmanların qəbirlərinə hörmətsizlik son aylarda kəskin şəkildə artıb. Fələstində sionistlər müsəlmanların məscidinə, dini mərkəzlərinə və qəbrlərinə hörmətsilik edir. 680206
captcha