Həzrət Əliəsğər (ə)-ın beynəlxalq anma asambeleyasının sənət və mədəniyyət komitəsinin sədri Pərviz İsgəndərpur Xörrəmi İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Həzrət Əliəsğər (ə)-ın xatirəsinin əziz tutulması bəhanəsi ilə, səkkizinci imam Həzrət Əli bin Musa əl-Rza (ə) nurani və mələkuti hərəminin yanında özündən böyük işlər görən o yüksək məqam şəxs həzrət Əliəsğər (ə) haqqında konqres təşkil olundu.
Xörrəmi deyib ki, Həzrət Əliəsğər (ə)-ın beynəlxalq anma asambeleyasının sənət və mədəniyyət komitəsi incəsənət və mədəni işlərin əbədi yaşarlığını nəzərə alaraq həzrət Əliəsğər (ə)-ın Kərbəla və Aşura günündə rolunu bəyan etmək məqsədi ilə bütün incəsənət xadimlərini rəsim, şəkil, heykəl, xəttatlıq nümunələri, qısa metrajlı filim və cizgi filmləri, uşaq rəsm əsərləri, şer, yazı və məqalələrini bu komitəyə göndərməyə dəvət edir.
O əlavə edib ki, komitə sənətçiləri dəvət etmək üçün braşuralar çap edib, internet səhifələrində reklamlar yerləşdirib, televiziyalarda reklam çarxları yayımlayıb.
Xörrəminin sözlərinə görə, cari ilin Məhərrəm ayı və İmam Hüseyn (ə)-ın ərbəininə kimi komitəyə göndərilən əsərlər Tehran şəhərinin Musəllasında sərgilənəcək. 683122