Ictimai şöbə: İranlı ziyarətçilərin yardım toplama komitəsi Mədinə şəhərində fəaliyyətə başlayıb. Bu komitə Məkkə şəhərində müəyyən olunmuş gün ərzində Pakistanda təbii fəlakətdən zərər çəkmiş şəxslərə yardım etmək məqsədi ilə İranlı ziyarətçilərdən yardım toplayacaq.
İQNA Quran agentliyinin məlumatına əsasən, Pakistanda təbii fəlakətdən zərər görmüşlərə İranlı ziyarətçilərin yardım komitəsi İranın Ali Rəhbərinin Mədinədəki nümayəndəliyində təşkil olunub. Komitəyə Ali rəhbərin nümayəndəliyinin rəsmiləri, İranın Qırmızı Aypara cəmiyyətinin və İran televiziyasının nümayəndələri iştirak ediblər. Komitə təşkilatçıları bu gün Mədinədə iclas keçirərək Həcc mövsümündə İranlı ziyarətçilərdən Pakistana yardım toplamaq üçün necə əməkdaşlıq etmək və təbliğat aparmaq yollarını müzakirə ediblər.
İclasda qərara alınıb ki, Ali rəhbərin İranlı ziyarətçilərin həcc xərclərində israfçılıq etməməsi və xərclərin bir hissəsini Pakistanda seldən əziyyət çəkənlərə yardım etmələri haqda çıxışını rəhbər tutaraq qərara alınıb ki, Məkkə şəhərində bir gün Pakistana yardım günü kimi seçilsin və İranlı ziyarətçilər öz yardımlarını təqdim etsinlər.
Komitənin ikinci iclası gələn həftə Məkkə şəhərində təşkil olunacaq. 687288