İQNA Quran agentliyi BƏƏ-nin “Vam” xəbər agentliyinə istinadən məlumat verir ki, Dubay beynəlxalq Quran müəssisəsinin Quran yarışlarının qalibləri komitəsinin sədri İbrahim Məhəmməd Buməlhə deyib ki, bu müəssisə cari ildə keçirilən sərgidə Qurani Kərimin elmi möcüzələri və Peyğəmbərin (s) sünnəti haqda bəzi nəşrlərini sərgiləyib.
O əlavə edib ki, bu müəssisə həmçinin Quran elmləri və dini sahədə nəşr etidyi kitabları gələn illərdə keçiriləcək beynəlxalq kitab sərgisində sərgiləməyi planlaşdırır.
Iyirmi doqquzuncu beynəlxalq Şarca sərgisində dünyanın müxtəlif ölkələrindən o cümlədən İrandan nəşriyyatçılar iştirak edir. Sərgi oktyabr ayının 26-dan noyabrın 6-na kimi keçirilib. Bu sərgi 1982-ci ildən hər il təşkil olunur və sərginin bu ilki şüarı “yazılı kəlməyə məhəbbət” seçilmişdi. 687977