İQNA Quran agentliyi "yenicaggazetesi"qazetinə istinadən məlumat verir ki, İsrail rejiminin nüvə enerjisi və təhlükəsizlik naziri Böyük Britaniya məhkəmələrinin onun barəsində Qazzaya yardım aparan "Mavi Marmara" gəmisinə hücum göstərişi verdiyi üçün həbs hökmü çıxarmasından qorxduğu üçün bu ölkəyə səfərdən imtina edib.
Dan Meridor sionist rejiminin yeddi nəfərlik komitəsinin üzvidir. Bu komitə bu rejimin daxili və xarici siyasəti haqda əhəmiyyətli qərarlar çıxarır. Bu səbəbdən İsrail xarici işlər nazirliyi onun İngiltərəyə səfəri ilə bağlı xəbərdarlıq edib. Eləcə də Böyük Britaniyanın bəzi məhkəmələri Meridor haqqında həbs qərarı verəcəklərini bəyan ediblər.
Bundan öncə də İsrail rejiminin XİN rəhbəri Zipni Avropa ölkələrində onun həbs edilməsi ilə bağlı qərardan qorxaraq bu ölkələrə səfərdən imtina etmişdi. 688156