IQNA

23:49 - November 09, 2010
Xəbər sayı: 2029013

Avrpa Parlamentində “Ekologiya haqda İslamın baxışı” mövzusunda konfrans keçirilib

Beynəlxalq şöbə: Avropa Parlamenti Brukseldə ötən gün “Ekologiya haqda islamın baxışı” mövzusunda konfrans keçirilib.

İQNA Quran agentliyi Türkiyənin “Zaman” qəzetinə istinadən məlumat verir ki, konfrans Belçika mədəniyyətlər arası dialoq birliyinin (IDP) təşəbbüsü ilə keçirilib. Konfransda Britaniyada yerləşən ekologiya elmləri üzrə islami birliyin sədri Fəzlun Xalid, Türkiyənin Qaziantep universitetinin rektoru İbrahim Özdəmir, Belçika yaşıllar partıyasının rəhbəri və Avropa parlamentinin sədr müavini İzabel Durant, Avropa parlamentinin üzvi Franziska Maria Keller , Türkiyənin İzmir şəhərində ekologiyanın qorunmasına dəstək birliyinin sədri Zafər Ayvaz və Britaniyanın Vilz universitetindən Mavil Lzzi Dien iştirak ediblər.
Konfransın keçirilməsindən məqsəd Qurani Kərim və müsəlmanların ekologiyanın qorunması haqda mövqeyi ilə tanışlıqdır. Konfransda iştirak edən müsəlman ziyalılar Qurani Kərimdən ətraf mühit və onun necə qorunması haqda ayələr oxumaqla dünyada ekologiyanın qorunmasına olan diqqətsizliyi tənqid ediblər.
Konfransda İslamın ekologiyanın qorunması haqda mövqeyi haqda çıxışlar olub. 692019
captcha