İraqın Nasiriyyə Darul-Quran müəssisəsinin müdiri Rəd Ədnan İQNA Quran agentliyinə açıqlamasında bildirib ki, sərgi Nasiriyyə şəhərinin “Abbas Əl-Xoybəravi” came məscidində təşkil olunacaq. Sərgidə iştirak etmək üçün Ziqar əyalətinin bütün Quran müəssisələri dəvət olunub.
O əlavə edib ki, Ziqar əyaləti Quran müəssisələri sərgidə çap etdikləri jurnal, kitab və digər nəşrləri ilə yanaşı öz fəaliyyətləri ilə bağlı foto sərgi də təşkil edəcəklər.
Ədnan deyib ki, Nasiriyyə Darul-Quran müəssisəsi də bu sərgidə fəal iştirak edəcək və çap etdiyi materialları o cümlədən , dərgi, jurnal və Quranın öyrənilməsi üçün buraşuraları sərgiləyəcək.
O əlavə edib ki, Nasiriyyə Darul-Quran müəssisəi ötən illər ərzində Qurani Kərimin əzbər oxunması və onun təfsir haqda geniş fəaliyyət göstərib və müxtəlif yaşda şəxslər üçün Quranı oxuma və əzbərləmə kurslaır təşkil edib. 691983