İQNA Quran agentliyi “Timeturk” saytına istinadən məlumat verir ki, konfrans “Özgür-der” birliyinin təşəbbüsü ilə Türkiyədə islami oyanış və onun əhalinin dindarlığına təsirini araşdırmaq məqsədi ilə təşkil olunur.
Konfransda tanınmış yazıçı və jurnalist Abdurrahman Dilipak, yazıçı Ali Bulaç, Özgür –Der birliyinin baş katibi Ridvan Kaya Türkiyədə din mövzusunu müzakirə edəcəklər.
Konfrans yerli vaxtla saat 20-də öz işinə başlayacaq. 691903