IQNA

İran səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

16:30 - November 12, 2010
Xəbər sayı: 2030356
Beynəlxalq şöbə: İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə İran səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.
İQNA Quran agentliyi Trend agentliyinə istinadən məlumat verir ki, Bəhrami öz təbrikində müsəlmanların qəlblərini yaxınlaşdıran və İslam dininin böyük bayramı olan Qurban bayramı münasibətilə qardaş Azәrbaycan xalqına və hökumətinə әn xoş arzu vә dilәklәrini ifadә etmәkdәn mәmnunluğunu bildirib.
"Bu il Qurban bayramı ilə İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına səfərinin üst-üstə düşməsi xoş bir təsadüfdür. Ümid edirəm ki, bu mübarək təsadüfün sayəsində iki ölkə arasındakı tarixi əlaqələr və döstluq münasibətləri daha da inkişaf edərək möhkəmlənəcəkdir", - təbrikdə deyilir.
captcha