IQNA

Kufə məscidində İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə əzədarlıq təşkil olunacaq

7:11 - November 13, 2010
Xəbər sayı: 2030458
Beynəlxalq şöbə: İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə Kufə məscidində əzadarlıq məclisi təşkil olunacaq.
İQNA Quran agentliyi “Nun” saytına istinadən məlumat verir ki, Kufə məscidi rəhbərliyi bəyanat yayaraq bildirib ki, Kufə məscidi və həmin məscidə aid digər məkanlar İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə əzadarlıq məclisləri təşkil etməyə hazırdır. Məlumatda həmçinin bildirilir ki, məscid həmçinin İmam Hüseyn (ə) –ın dost və köməkçilərindən olan Müslim bin Əqil (ə) və Hani bin Ürvənin də əzadarlıq məclislrəini təşkil etməyə hazırdır.
Bu münasibətlə Kufə məscidi qara bayraqlarla bəzədilib və Müslim bin Əqil və Hani bin Ürvənin məzarının günbəzinə qara bayraqlar taxılıb.
Qeyd edək ki, Müslim bin Əqil (ə) 60 hicri qəməri ilinin zil-hiccə ayının 9-da 28 yaşında “Bikr bin Həmran Əhməri” tərəfindən Kufə şəhərində şəhid olub. Hani bin Ürvə də 89 yaşında İbn Ziyadın “Rəşid” adlı nökəri tərəfindən şəhid edilib. 693899
captcha