İQNA Quran agentliyi “xinhuanet” agentliyinə istinadən məlumat verir ki, zəvvarlar ötən gecəni Mina şəhərində çadralarda qalıblar və səhər noyabrın 15-də Mina şəhərindən 10 kilometrliyində yerləşən Ərəfat dağına tərəf hərəkət ediblər.
Zəvvarlar Ərəfatda namaz qılacaq, Quran qiraət edəcəklər. Həmin gün isə gün çıxandan Ərəfat və Mina arasında yerləşən Müzdləfəyə Rəmyi-Camarat etmək üçün daş toplamaq üçün gedirlrə. Zəvvarlar bu gecəni də bu regionda qalır və noyabrın 16-da Qurban bayramı günü hacılar sübh namazından sonra Minaya hərəkət edir əvvəlcə Rəmyi-Camarat edir və bu işi üç gün davam etdirirlər və daha sonra Allah evini təvaf etmək üçün Məkkəyə qayıdırlar. 695903