İQNA Quran agentliyi İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA)mətbuat xidmətinə istinadən məlumat verir ki, seminar İranın Beyrutdakı mədəniyyət müşavirliyi və İMBYA-nın təşəbbüsü ilə təşkil olunur.
Nəhcül-Bəlağənin ədəbi və bəlağət strukturu, Nəhcül-Bəlağədə insane haqları və sosial ədalət, Nəhcül-Bəlağədə hökumət, hökumətin idarəedilməsi və hakimin xüsusiyyətləri, Nəhcül-Bəlağədə əxlaqi hikmətlər, Nəhcül-Bəlağədə tövhid, Nəhcül-Bəlağı və islami birlik, Nəhcül-Bəlağə və ilahi dinlərin birgə yaşaması kimi məsələlər seminarda müzakirə olunacaq mövzulardır.
Ayətullah Təsxiri seminarda Nəhcül-Bəlağədə sosial ədalət mövzusunda çıxış edəcək. 699635