İQNA Quran agentliyinin məlumatına əsasən, hədiyyə vermə mərasimində ilk öncə Qurani Kərim tilavət olunub və Əl-Mustafa (s) universitetinin tələbələrlə iş üzrə mərkəzin sədr müavi höccətul-islam Zarenin çıxışı ilə davam edib.
Tələbələrin övladları Reyhanə Quran bağçasının qrupu birgə təvaşih oxuyublar, daha sonra yeniyetmə qari “Məhəmməd Səccad Həbibi” Quran tilavət edib və sonra dini mahnılar oxunub.
Mərasimdə İran parlamentinin Quran və itrət fraksiyasının sədri Lalə İftixari çıxış edib. Daha sonra tələbələrin ailələri arasında Quran və Hədis sahəsində o cümlədən təfsir, tərtil, hifz, qiraət, dua, blog, rəssamlıq, azan, Nəhcül-Bəlağə, Səhifə Səccadiyyə və təvaşih bölmələri üzrə qalib gəlmiş ailələrə hədiyyələr verilib. Mərasimdə Əl-Mustafa (s) tələbələrinin ailələri üçün “Nurul-Səqəleyn” adlı Quran Mərkəzi istifadəyə verilib. Mərasimin sonunda xanım İFtixariyə Quran sahəsində gördüyü işlərə görə Əl-Mustafa (s) universiteti tərəfindən hədiyyə təqdim olunub. 700282