İQNA Quran agentliyi ISESCO-nun xəbər saytına istinadən məlumat verir ki, konfrans İSESCO , Giranda universiteti və İslama beynəlxalq dəvət cəmiyyəti (WICS) –nin dəstəyi ilə təşkil olunacaq.
Konfransda Avropa və ABŞ araşdırma mərkəzləri və universitet müəllimləri, Qərb ölkələrində İslam və müsəlmanlarla bağlı araşdırma aparan KİV nümayəndələri və ekspertlər iştirak edəcək. Konfransda QƏrb ölkələrində universitet və araşdırma müəssisələrinin islam və müsəlmanlar haqda yanlış formalaşmış fikirlərin islah olunmasında rolunu araşdırmaq və bu sahədə icra oluna biləcək layihənin hazırlanması nəzərdə tutulub.
Konfrans üç gün müddətinə davam edəcək. Konfransın sonun hazırlanmış layihə təsdiq olunacaq.700263