IQNA

İranın İrşad və Mədəniyyət naziri Əl-Mustafa universitetinin nailiyyətləri sərgisinə baxış keçirib

12:11 - November 24, 2010
Xəbər sayı: 2037143
Beynəlxalq şöbə: İranın İslami İrşad və Mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni bu gün ölkənin Qum şəhərində təşkil olunan Əl-Mustafa (s) universiteti və onunla əlaqədar təşkilatların hədis və Quran sahəsində nailiyyətləri mövzusunda təşkil olunan ikinci sərgiyə baxış keçirib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Əl-Mustafa (s) beynəlxalq universitetin rektoru Ayətullah Əlirza Ərafi və universitetin digər rəsmiləri naziri sərgiyə baxış zamanı müşaiyət ediblər.
Nazir sərgiyə baxışdan sonra Əl-Mustafa (s) beynəlxalq universitetinin XVI Hədis və Quran olimpiyadasın final mərhələsinin bağlanış mərasimində iştirak edəcək. Bağlanış mərasimi bu gün Qum şəhəri İslami Təbliğat ofisinin konfranlar salonunda keçiriləcək.
Əl-Mustafa (s) beynəlxalq universitetinin XVI Hədis və Quran olimpiyadasın final mərhələsi çərçivəsində bu universitetin hədis və Quran sahəsində nailiyyətləri mövzusunda ikinci sərgi noyabrın 21-dən dörd gün müddətinə keçirilib. 701140
captcha