IQNA

Qədir Xum bayramı günü Bakıda Hicaba qarşı məhdudiyyətlər inanclı qadınların müzakirəsinə çıxarılıb

21:04 - November 25, 2010
Xəbər sayı: 2037415
Beynəlxalq şöbə: Noyabr ayının 25-də Qədir Xum bayramı günü Azərbaycanın paytaxtı Bakıda Hicab məsələsi üzrə 3-cü Forum geniş tərkibdə toplanıb.
İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, Foruma 800-ə yaxın inanclı xanım, bir sıra məktəblərdə yer alan hicabla bağlı məhdudiyyətlərdən narahatlıqlarını ifadə ediblər.
Tədbiri giriş sözü ilə açan Forumun koordinatoru H.Hacıyeva, məsələnin mahiyyətini toplaşanların diqqətinə çatdırdı. Qanunvericilikdə və o cümlədən, “Təhsil haqqında” qanunda heç bir məhdudiyyətin olmamasına baxmayaraq, bir sıra məktəb direktoru, vahid məktəbli formasında olmaq tələbini bəhanə edərək, hicablı şagirdləri dərsə buraxmırlar. Halbuki, həmin şagirdlər məktəbli formasındadırlar, sadəcə, etiqadlarına uyğun olaraq, yaylıq bağlayırlar. Şagirdlərin hicabla dərsə gəlməklərinə məhdudiyyət qoyulması – insan haqlarının pozulması deməkdir.
DEVAMM-ın Monitorinq qrupunun üzvü L.Abbasova, hicaba yönəli hər hansı məhdudiyyətin ölkə Konstitusiyasına, insan haqları ilə bağlı qanunvericilikdə təsbit edilmiş müddəalara zidd olmasına diqqət çəkdi.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu öz çıxışında baş verənləri təhlil etmiş, baş verənlərin mahiyyətini toplantı iştirakçılarının diqqətinə çatdırıb. DEVAMM sədri, problemin həlli ilə bağlı hüquq müdafiə müstəvisində həyata keçirilməli olan tədbirlər barədə danışıb.
Forum iştirakçıları atılacaq konkret addımlar barədə qərarlar qəbul edib, problemlə bağlı müraciətlər qəbul ediblər. Forumun sonunda Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidentinə, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə, İnsan Haqları üzrə Müvəkkilə müraciətlər qəbul edilib.
captcha