IQNA

Qədir Xum bayramı, İnsanların yaxşılığı üçün can yandıran bütün şəxslərin bayramıdır – Böyük İnqilab rəhbəri

21:41 - November 25, 2010
Xəbər sayı: 2037418
Siyasi şöbə: İran İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneyi Qədir-Xum bayramı münasibətilə İran xalqını və bütün ədalət və azadlıq sevənləri təbrik edib və deyib ki, Qədir-Xum bayramı bütün müsəlmanların və insanların yaxşılığı üçün can yandıran bütün şəxslərin bayramıdır.
İQNA Quran agentliyinin məlumatına əsasən, Ayətullahul-üzma Seyyid Əli Xameneyi cənabları Qədir-Xum bayramı münasibətilə Tehranda “Bəsic” təşkilatının yaranma tarixinin ildönümü günündə 100 min bəsicinin qarşısında çıxış edib. Görüşdə bır sıra alimlər, mərceyi-təqlidlər, habelə İranın müxtəlif regionlardan qonaqlar, İranın hərbi rəhbərliyi iştirak edib.
Çıxışı zamanı dünya müsəlmanlarını bayram münasibətilə təbrik edən Ayətullahul-üzma Seyyid Əli Xameneyi cənabları bütün dünya müsəlmanlarının birliyinin mühümlüyünə və gənc nəslin islam əxlaqında tərbiyə edilməsinin zəruriliyinə işarə edib. O, həmçinin, müsəlmanların son zamanlarda həyatın bütün sahələrində böyük uğurlar qazanmasına, Qərb təcavüzünün qarşısında mərdlik və dəyanət göstərdiyinə işarə edib.
Ali Baş Komanda Ayətullah Xameneyini çıxışından öncə 100 min nəfərlik bəsicilər tərəfindən müxtəlif dillərdə müxtəlif xalqların nümayəndələri salamlayıb.
Ayətullah Xameneyindən öncə İran İslam İnqilab Sepah korpusunun komandiri general-mayor Nəqədi çıxış edib Qədir –Xum bayramını təbrik deyib. Bəsicin gördüyü işlər haqda Ali Baş Komandana məlumat verib. Nəqədi deyib ki, Bəsic bütün sahələrdə öləkədə fəaliyyətlərini uğurla aparır və bu gün ölkənin 400 şəhərində milyonlarla bəsicinin toplanması vilayət və imamət dəyərləri ilə yenidən beyət etmək üçündür. 701447
captcha