IQNA

22:04 - November 26, 2010
Xəbər sayı: 2037690

BƏƏ-də İslami sənət əsərləri festivalı keçiriləcək

Beynəlxalq şöbə: İslami sənət əsərləri 2010 adlı XII festival dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərində öz işinə başlayacaq.

İQNA Quran agentliyi “VAM” rəsmi xəbər agentliyinə istinadən məlumat verir ki, festival BƏƏ Şarca şəhəri təbliğat və mədəniyyət idarəsinin dəstəyi ilə islam dünyası incəsənət xadimləri, ziyalılar, müsəlman araşdırmaçılar və islami sənət əsərləri sahəsində çalışan şəxslərin iştirakə ilə təşkil olunacaq.
Hazırda festivalın keçirilməsi üçün hazırlıq işləri gedir , festivalın fəaliyyət və proqramlarını açıqlayan buraşuraların tərcümə, layihələşdirmə və çap işləri aparılır.
Festival çərçivəsində teatr, islami əl işləri mövzusunda peşə məktəbləri, elmi konfranslar və fikri oyunlar təşkil olunacaq. Xüsusi buraşuralar çap olunaraq festivalın gedişatını işiqlandıracaqlar. 701660

captcha