İQNA Quran agentliyi İslam Dünyası Nəşriyyatçıları iclasının katibliyinə istinadən məlumat verir ki, İslam Dünyası Nəşriyyatçılarının beynəlxalq İclasının baş katibi Əli Zarei Nəcəqdəri deyib ki, bu işi görmək üçün dünyanın müxtəlif ölkələrində müsəlman ziyalılar və alimlərin yardımlarını gözləyir və alqışlayırıq.
Onun ünvanlanmış məktubunda bildirilir ki, dünyada heç bir kitab Quranın əzəməti, fəziləti və üstünlüyünə çata bilməz. “Quranın üstünlüyünə səbəb onun Allah Təala tərəfindən Peyğəmbər (s) nazil olmasıdır.Allah özü Quran bu kitabı təhriflərdən qoruyacağına söz verib.
«إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ.»
Məktubda həmçinin bildirilir ki, İslam Dünyası Nəşriyyatçılarının beynəlxalq iclasının katibliyi Qurani Kərimi dünyanın 40 dilinə tərcümə etmək üçün hazırlıq işləri aparır. Bu iş dünyanın müxtəlif ölkələrində bu ilahi möcüzənin həqiqətlərini dərk etməsi və onun mənaları ilə yaxından tanış olması məqsədi ilə görülür. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində müsəlman ziyalıları və alimləri bu işdə katibliklə əməkdaşlıq etməyə dəvət edirəm. 703099