IQNA

Aksford universiteti online islami incəsənət və memarlıq dərsləri təşkil edəcək

21:03 - November 28, 2010
Xəbər sayı: 2039142
Beynəlxalq şöbəsi : Aksford universiteti 2011-ci ilin yanvar ayının 24-dən aprel ayının 8-dək islami incəsənət və memarlıq dərsləri təşkil edəcək.
İQNA Quran agentliyi Aksford universitetinin saytına istinadən məlumat verir ki, müsəlmanların ibadi məkanları, xəttatlıq, rəssamlıq, İslamda rəssamlıq, İslam dünyasında saxsı qabları əl işləri, müsəlmanların dəmir sənəti, həndəsədən istifadə etməklə islami bəzəklər, islami rəsmlər və xəttatlıq, islami kitbaçılıq, islami məkanlar və bağlar, qəbirlər və namaz yerlərinin dizaynı və s kimi məsələlər bu dərslərdə öyrədiləcək.
Online dərslərdə iştirak etmiş və fəal iştirak etmiş şəxslər yazılı imtahan verdikdən sonra Aksfordun diplomu ilə təltif olunacaqlar.
Dərslər 10 həftədə 100 saat dərslə keçiriləcək. iştirakçılar online dərsdə iştirak etməklə yanaşı Markus Hetstin və Piter Delyusun yazdığı İslami memarlıq və sənət kitabını əldə etməli və oxumalıdırlar.
Drəslərdə iştirak etmək üçün Avropa Bİrliyi ölkələrində yaşayanlar 180 pond, digər ölkələrdən isə 285 pond ödəməlidirlər. Maraqlananlar https://www.conted.ox.ac.uk/courses/apply/apply_online.php?id=O10P334ARV saytına müraciət edə bilərlər. 703112
captcha