İQNA Quran agentliyi Trend agentliyinə istinadən məlumat verir ki, "İsrail hökuməti öz təcavüzkar siyasətinə görə cavab verməlidir", - Ərdoğan deyib.
Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib. Doqquz türk vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib.
Ankara İsraildən türk vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə kompensasiya ödənilməsini tələb etsə də, sonuncu bundan imtina edib.702086