Tanınmış filosof Şeyx İşraqın xatirəsinə həsr olunmuş mərasim keçiriləcək
Beynəlxalq şöbə: Tehran universiteti və İran fəlsəfə araşdırmaları müəssisəsinin dəstəyi ilə fevral ayında Suriyada Şeyx İşraqın xatirəsinə həsr olunmuş mərasim keçiriləcək.
İQNA Quran agentliyi Tehran Universitetinin saytına istinadən məlumat verir ki, İslam dünyasında İşraq fəlsəfəsinin banisi Şeyx İşraq Şihabəddin Yəhya Səhrəvərdinin xatirəsinə həsr olunmuş mərasim fevral ayının 22-24-də Suriyada təşkil olunacaq. Mərasim Dəməşq universitetində təşkil olunacaq. 704518