IQNA

Qafqaz Müsəlmanları İdarəsinin sədri bəzi məktəblərdə hicabla bağlı yaranmış problemlərə münasibət bildirib

9:18 - December 02, 2010
Xəbər sayı: 2040924
Beynəlxalq şöbə: Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bəzi məktəblərdə yaranan hicab problemi məsələsilə bağlı mövqeyini bildirib.
İQNA Quran Agentliyi deyerlər.org saytına istinadən məlumat verir ki, "Hicabın örtülüb-örtülməsini yox, məktəbli formasında hansı şəkildə örtülməsini müzakirə etmək olar". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkib: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirib. Paşazadə ana və nənələrin baş örtüsündə olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə olduğunu önə çəkib.
Hazırda bu problemin bütün təhsil sistemində yox, bəzi orta məktəblərdə yaşanmasına toxunan şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu ifadə edib.
Şeyxülislamın fikrincə, hicab kiminsə inanclı, kiminsə inancız olmasının göstəricisi deyil, sadəcə olaraq fərd olaraq insanın belə görünmək istəməsinin təzahürüdür. Şeyx, hicabın dövlət qanunları ilə dəstəkləndiyinə də vurğu edərək, qanunlarımızın bunu təmin etməsinə diqqət çəkib: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”, deyə Paşazadə deyib.
captcha