İQNA Quran agentliyi deyerler.org saytına istinadən məlumat verir ki, DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi 10 dekabr günü münasibətilə rəsm müsabiqəsi keçirir. “Təhsil və hicab – mənim ayrılmaz hüquqlarımdır” mövzusunda olan bu müsabiqədə, məktəbli xanım şagirdlərin iştirakı nəzərdə tutulub.
Müsabiqənin məqsədi – ölkə qanunları ilə təsbit olunan fundamental insan haqlarının tanıdılması ilə bağlı maarıfçilik işinə önəmli töhfə vermək, haqq və azadlıqlar barədə bilgiləri genişləndirməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər öz işlərini deyerler.org@gmail.com ünvanına göndərə bilərlər. Müsabiqə dekabrın 9-dək davam edəcək.