IQNA

Londonda İranın mədəniyyət xəbərləri jurnalının üçüncü sayı İngilis dilində çap olunub

23:39 - December 04, 2010
Xəbər sayı: 2042107
Beynəlxalq şöbə: İran İslam Respublikasının Londondakı səfirliyinin mədəniyyət mərkəzinin üçüncü mədəniyyət xəbərləri elelktron jurnalı (ICN – Iranian Cultural Newsletter) İngilis dilində çap olunub.
İQNA Quran agentliyi İranın İslami əlaqələr və mədəniyyət təşkilatının mətbuat xidmətinə istinadən məlumat verir ki, bu elektron jurnal dekabrın 2-də işıq üzü görüb. Jurnalın bu sayında Böyük Rəhbərin ölkənin ziyalıları ilə “stratejik təfəkkürlər; İslami İrana nümunəsi” adlı konfransda görüşü haqda xəbər dərc olunub.
İran prezidentinin keçirdiyi mətbuat konfransı, Livanın baş nazirinin İrana səfərinin nəticələri, İran parlament nümayəndələrinin 5+1 ölkələri və İranın gələcək müzakirələrdə ölkələrinin mövqeyini dəstəkləməsi, İranın XİN rəhbəri və spikerinin siyasi çıxışları dərc olunub.
Bu nömrədə Nəhcül-Bəlağədən dərslər, İranda turizm qanunları və viza şərtləri, İranın milli və ənənəvi yeməkləri haqda məlumatlar dərc olunb. Bu jurnal hər iki həftədən bir İranın Londondakı səfirliyinin mədəniyyət mərkəzi tərəfindən çap olunur. Jurnalda İranın ictimai və siyasi xəbərlər dərc olunur. Böyük Britaniyanın mətbuatına, mədəniyyət mərkəzlərinə və dini mərkəzlərinə göndərilir. Jurnalın dərcindən məqsəd Britaniya mətbuatına və mədəniyyət mərkəzlərinə İran rəsmilərinin fikirləri, nəzərləri və çıxışlarının düzgün çatdırmaqdır. 706023
captcha