İQNA Quran agentliyi “Nun” saytına istinadən məlumat verir ki, həzrət Əli (ə) beynəlxal mükafatı üzrə məqalə yarışmasını təşkil edən komitəinin sədri Əli Cihad deyib ki, bu beynəlxalq yarışma 2012-ci ildə Nəcəf şəhərinin İslam Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi münasibəti ilə keçirilir. Araşdırmaçılar bu sahədə öz məqalələrini və yeni təliflərini İmam Əli (ə) müqəddəs hərəminin idarə heyətinə göndərə bilərlər.
Yarışın təşkil edən komitə dekabrın 5-də bu yarışmanın təşkil olunacağı haqda məlumat yayıb. “Yarışmanın təşkilindən məqsəd İmam Əli (ə) şəxsiyyəti, O həzrətin elmi, əməli və mərifət sahələrində işləri, Əmirəlmöminin (ə) şəxsiyyəti vasitəsi ilə yeni dünyanı tanımaq, ölkənin idarə edilməsində həzrət Əli (ə) rəhbərlik qaydasından yararlanmaq, müasir böhranlarda o həzrətin idarəetmə sisteminin uyğunlaşdırılması kimi məsələləri araşdırmaqdır”, -deyə Cihad deyib.
Onun sözlərinə görə, beynəlxalq yarışmanın qaliblərindən birinci yeri tutan şəxsə qızıl medal və 10 min dollar, ikinci yer sahibinə gümüş medal və 7500 dollar mükafat verəcək. İmam Əli (ə) hərəmi yarışmanın birinci yerini tutumuş şəxsin araşdırmasını öz hesabına ayrıca kitab kimi çap edəcək. 707379