IQNA

1:19 - December 07, 2010
Xəbər sayı: 2043485
Beynəlxalq şöbə: İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəminin üzərinə qara bayraq asılması mərasimi dekabrın 7-də günortadan sonra təşkil olunacaq.
İQNA Quran agentliyinin “Nun” xəbər saytına istinadən məlumatına əsasən, İmam Hüseynin (ə) hərəminin idarəetmə direktorunun köməkçisi Afdal Əl-Şami bildirib ki, Məhərrəm ayının gəlişi münasibəti ilə İmam Hüseyn (ə) və həzrət Abbas (ə) hərəmlərinin üzərində asılmış qırmızı bayraqlar dəyişdiriləcək və qara bayraq asılacaq.
O əlavə etdi ki, bayraqların dəyişdirilməsi mərasimində İraqın hökumət rəsmiləri, şiə alimləri və yerli rəsmilər iştirak edəcək.
O əlavə edib ki, bu mərasimin təşkilindən məqsəd məhərrəm ayının önəmini dünya xalqlarına çatdırmaq və insanlara bu ayın mahiyyətini başa salmaqdır.
Qeyd edək ki, bundan 6 il öncəsinə kimi, Həzrət Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəminin üzərindəki qırmızı bayraqlar Məhərrəm ayının gəlişi ilə, heç bir mərasim keçirilmədən dəyişdirilirdi.70747
Ad:
E-poçt:
* Comment:
* captcha: