IQNA

0:39 - December 10, 2010
Xəbər sayı: 2045166

İsveçrədə yeni müsəlman olmuş şəxsləri illik qurultayı keçiriləcək

Beynəlxalq şöbə: 2011-ci ilin mart ayının 13-15-də İsveçrənin Chaux-de-Fonds şəhərində yeni müsəlman olmuş şəxslərin illik qurultayı keçiriləcək.

İQNA Quran agentliyinin " femme-musulmane" saytına istinadən verdiyi məlumata əsasən, İsveçrə yeni müsəlman olmuş şəxslərin mədəniyyət birliyinin təşəbbüsü ilə keçirilən qurultayda bu ölkənin müxtəlif şəhərlərində yaşayan İslam dinini yeni qəbul etmiş fransızlar, almaniyalılar və italiyalılar iştirak edəcəklər.
Qurultayda yeni müsəlmanların bir -biri ilə tanış olması, digər din mənsublarının İslam dinini qəbul etmə səbəbləri, müxtəlif din mənsublarının ailələrinin İslam dinini qəbul etmiş övladları ilə davranış qaydaları kimi məsələlər müzakirə olunacaq. Qurultay çərçivəsində kitab və islami sənət əsərləri sərgiləri təşkil olunacaq. 709160
captcha