IQNA

Beynəlxalq Həzrət Əli Əsğər (ə) günü münasibəti ilə İranda və digər ölkələrdə mərasimlər təşkil olunub

14:04 - December 10, 2010
Xəbər sayı: 2045327
Beynəlxalq şöbə: Həzrət Əli Əsğər (ə) xatirəsinin yad edilməsi münasibəti ilə səkkizinci ildir ki, Məhərrəm ayının ilk cümə günü (dekabrın 10) Tehranın İmam Xumeyni adına müsəllasında mərasim təşkil olunub.
İQNA Quran agentliyinin məlumatına əsasən, Həzrət Əli Əsğər (ə) xatirəsinin yad edilməsi münasibəti ilə hər il dünyanın müxtəlif ölkələrində Məhərrəm ayının ilk cümə günü mərasimlər təşkil olunur. Bu ildə ötən illərdə olduğu kimi, İranın paytaxtı Tehranda İmam Xumeyni adına müsəlla ilə yanaşı dünyanın 1100 şəhərində bu mərasim təşkil olunub.
Həzrət Əli Əsğər (ə)-ın xatirəsinin yad edilməsi mərasimi Tehranda bu gün səhər saat 8-də başlayıb. Mərasimdə minlərlə ana öz süd əmər körpələri ilə birlikd, alimlər, hökumət işçiləri və Tehran şəhərinin meri Məhəmmədbaqir Qalibaf iştirak edirdi. Mərasim ilk olaraq Qurani Kərimin tilavəti ilə başladı. Mərasimin davamında rozəxanlar İmam Hüseyn (ə) altı aylıq südəmər oğlu Həzrət Əli Əsğər (ə) şəhadəti və Aşura günü ilə bağlı roza və mərsiyələr oxuyublar.
Mərasimin davamında Tehran şəhərinin müvəqqəti İmam cüməsi höccətül-islam Sədiqi çıxış edib və Aşura, Kərbəla şəhidlərinə xüsusi ilə həzrət Əli Əsğər (ə) mütəvvəsil olmanın zəruriliyindən və eləcə də İmam Hüseyn (ə) hərəkatının mahiyyəti haqda danışıb.
Mərasmin təşkilindən məqsəd, həzrət İmam Hüseyn (ə) və onun körpə uşağının məzlumluğunu dünya xalqlarına çatdırmaq və həzrət Əli Əsğər (ə) və Kərbəla hərakatı ilə dünya xalqlarını tanış etməkdir.
Bu mərasimlər İranın paytaxtı Tehranla yanaşı bu ölkənin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, İlam, Buşəhr, Kərəc, Qum, Qəzvin və digər şəhərlərində də təşkil olunub. Eləcədə İranla yanaşı bu mərasimlər İraq, Azərbaycan, Səudiyyə Ərəbistan, Bəhreyn, Kuveyt, Qətər, Omman, Hindistan, Pakistan, Əfqanıstan, Suriya, Livan, Türkiyə, Kanada, Fransa, Tayland, Danimarka, İsveçrə, Finlandiya, ABŞ və Avstraliya kimi ölkələrdə də təşkil olunub.
709897
captcha