İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, əzadarlıq məclisləri Moskvanın "Xatəmul-Ənbiya" məscidində təşkil olunur. Mərasimlərdə Moskvada yaşayan İran,Aəzrbaycan, Əfqanıstan və Tacikistandan olan Əhli-Beyt (ə) aşiqləri iştriak edir. Mərasimdə dini çıxışlar edilir, mərsiyələr oxunaraq, əzadarlıq saxlanılır və ehsanatlar verilir. Mərasimlər Məhərrəm ayının 13-nə kimi davam edəcək. Məhərrəmin 6-cı gecəsindən etibarın höccətul-islam Seyid Həsən Amuli xütbələr oxuyacaq və İranın Moskvadakı mədəniyyət mərkəzi tərəfindən dəvət olmuş məddahlar Salehi və Fəthi mərsiyələr oxuyacaqlar. 710433