IQNA

23:24 - December 20, 2010
Xəbər sayı: 2050663

Tələbələrin Beynəlxalq Quran müsabiqəsinin əsasnaməsi nöqsansız əsasnamədir – Quran üzrə hakim

Quran fəaliyyətləri üzrə şöbə: Müsəlman Tələbələrin III Beynəlxalq Quran müsabiqəsinin səs üzrə hakimi Məhəmməd Abbasi bildirib ki, Məşhəddə keçiriləcək Tələbələrin III beynəlxalq Quran müsabiqəsinin əsasnaməsi Quran müsabiqələri əsasnamələri arasında ən nöqsansızıdır.

İQNA Quran agentliyinə müsahibəsində Abbasi deyib ki, İslam İnqilabından sonar ölkə universitetlərində Quran fəaliyyətləri genişləndi və Quran mədəniyyəti yayımlandı.
O əlavə edib ki, son illərdə ölkədə tələbələr arasında Quran müsabiqələri təşkil olunur və bu dəyərli bir işdir. “Universitetlərdə təhsil alan tələbələrin əksəriyyəti Quran müsabiqələrində iştirak edir. Biz onları Quran qarisi kimi tanıyırıq və bu dəyərli addımdır”, -deyə Abbasi deyib.
Onun sözlərinə görə, dünyanın 40 ölkəsindən tələbələrin bu yarışmalara qatılması müsabiqənin kəmiyyətinin yaxşı səviyyədə olduğunu göstərir, müsabiqənin keyfiyyətinin necəliyini də müsabiqədən sonar dəyərləndirəcəyik.
Abbasinin sözlərinə görə, Maleziya, İran, Ərəbistan, Suriya və İndoneziya ölkələrində keçirilən Quran müsabiqələri arasında ən nöqsansız müsabiqə əsasnaməsi bu dövrki müsabiqənindir.
713623
captcha