İQNA Quran agentliyinin "Zawya" saytına istinadən məlumat verir ki, mükafatlandırma mərasimində dünyanın müxtəlif ölkələrindən 300 nəfər islami iqtisadçı ekspertlər iştirak ediblər. Mərasimdə islami ticarət və iqtisad sahəsində çalışan 30 qurum mükafatlandırılıb.
Mükafatların üçdə biri Fars Körfəzi ölkələrində olan maliyyə müəssisələri, islami banklar və qurumlara verilib. Digər hədiyyələr isə Britaniya, ABŞ , Malaziya və Sudandan olan islami bank və qurumlara verilib. 718122