IQNA

Məkkədə İslami ölkələrdə İslami ədalət məhkəmələrinin təsis olunması zəruriliyi vurğulanıb

21:47 - December 27, 2010
Xəbər sayı: 2054399
Beynəlxalq şöbə: Məkkədə keçirilən “İslami Fiqh Asambeleyasının iyirminci beynəlxalq illik iclasında bütün islami ölkələrdə islami ədalət məhkəmələrinin zəruriliyi vurğulanıb.
İQNA Quran agentliyinin “Nəsih” saytına istinadən məlumatına əsasən, bu iclasda iştirak edən araşdırmaçılar ticari əlaqələrdə şəri hökmlərin icrası və səri qaydalara riayət olunmağa nəzarət mərkəzinin zəruriliyi vurğulayıblar.
Müsəlmanların gündəlik həyatında səhiyyə, iqtisadi, ictimai əlaqələr, ailə məsələləri və müsəlmanlrın müasir gündəlik həyatlarında qarşılaşdıqları digər məsələlər iki günlük iclasda müsəlman fəqihlərin müzakirə etdiyi digər məsələlərdən olub. İclasda maliyyə bazarları və islami banklarda valyuta məzənnələrinin işlədilməsinə dini nəzarət kimi mövzularda müzakirə ediləcək.
Beynəlxalq İslam Birliyinin “İslami Fəqihlər Aasambeleyası”nın illik iclası dekabrın 25-də Məkkədə öz işinə başlayıb və dekabrın 29-na kimi davam edəcək. 719368
captcha