IQNA

Məşhədin müasir təfəkkür və din araşdırmalar mərkəzi İstanbul universiteti ilə əməkdaşlıq sazişi imzalayıb

21:24 - January 05, 2011
Xəbər sayı: 2059728
Beynəlxalq şöbə: Məşhədin müasir təfəkkür və din araşdırmalar mərkəzi və İstanbul universiteti arasında əməkdaşlıq prespektivləri müzakirə olunub. Xorasan-e Rəzəvi İslami Təbliğat ofisinin müasir təfəkkür və din araşdırnları mərkəzində keçirilən görüşdə İStanbul universitetinin elmi heytənin üzvləri iştrak ediblər.
İQNA Quran agentliyinin məlumatına əsasən, Xorasan-e Rəzəvi İslami Təbliğat ofis rəhbərinin müasir təfəkkür və din araşdırnları mərkəzi üzrə müavini Cəlali bildirib ki, mövcud potensial əsasənda Türkiyə ilə elmi və mədəni əlaqələrimizi inkişaf etdirəcəyik. İki ölkənin və digər ölkələrin elmi işçilərinin iştirakı ilə müştərək konfrans və seminarlar təşkil olunacaq.
O əlavə edib ki, İstanbul universitetinin elmi heyətinin üzvləri ilə görüşdə araşdırma fəaliyyətləri və yeni proqramlarla tanışlıq təşkil olundu. Iki ölkənin elm adamlarının əməkdaşlıqlarının artırılması üçün ilkin əməkdaşlıq razılığı əldə olundu.
Türkiyədən İranda səfərdə olan elmi heyətdə İstanbul elm və mədəniyyət fondunun sədri Fəris Kaya, Türkiyə Ərcis universitetinin professoru Əhməd Kayacıq , Nur risaləsinin təfsirinin ərəb dilinə tərcüməçisi İhsan Mustafa və digər elmi şəxsiyyətlər var. 724847
captcha