IQNA

Orta məktəblərdə hicaba qoyulan qadağaya Qumda olan Azərbaycanlı tələbələr etiraz etdi

21:57 - January 05, 2011
Xəbər sayı: 2059733
Beynəlxalq şöbə: İran İslam Respublikasının müqəddəs Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin bir neçə gün öncə Höccətiyyə mədrəsəsində keçirdikləri orta məktəblərdə hicaba qoyulan qadağalara etiraz məclisindən sonra ötən gün İmam Xomeyni Ali Mədrəsəsində də həmin məclisin davamı olaraq tədbir keçirildi.
İQNA Quran agenliyinin HaqqYolu saytına istinadən məlumatına əasən, məclis Quran oxunuşu ilə başladı, sonra Qum tələbələrindən olan Hacı Elçin yaranmış durumla bağlı çıxış etdi və bildirdi ki, hicab məsələsi İslamın qadınlar qarşısında qoyduğu vacib vəzifələrdən biridir (“Əhzab” surəsi, 59 və “Nur” surəsi, 31) və buna qarşı çıxmaq Allaha, bütün İslama qarşı çıxmaqdır. Sonda tələbələr adından Azərbaycan Respublikasının bəzi dövlət qurumlarına etiraz bəyanatı oxundu. Toplantı İmam Zamanın (ə) fərəc duasının oxunuşu ilə sona çatdı.

captcha