İQNA Quran agentliyinin “Brasa” agentliyinə istinadən məlumatına əsasən, İraqın Kazimeyn şəhər İmam cüməsi Cəlaləddin Səğir yanvarın 7-də cümə namazında bildirib ki, İmam Hüseyn (ə) aşiqləri Ərbəin mərasimlərində iştirak etmək üçün piyada Kərbəlaya gedirlər. “İmam Hüseyn (ə) –ın milyonlarla zəvvarı Ərbəin mərasimlərində iştirak etmək üçün bir neçə həftə öncədən Kərbəlaya tərəf piyada hərəkət edirlər”, -deyə Səğir deyib.
O əlavə edib ki, ümid edirəm Vəqflər idarəsi, Qırmızı Aypara cəmiyyəti və Kərbəla şəhər rəhbərliyi zəvvarların rifahı və təhlükəsizliyi üçün lazım olan şəraiti yaradacaqlar.726328