“Nur” İslami Kamputer Elmləri Təhqiqat Mərkəzinin beynəlxalq məsələlər üzrə müdiri Möhsin Misçi İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Camiətul-Mustafa universitetinin 54 tələbəsi bu mərkəzin tələbəsi olub. Bu məqsədlə həmin universitetin tələbələri və bəzi məsul işçiləri ilə birlikdə yanvarın 10-da toplantı keçiriləcək.
Toplantıda müasir dövrdə dünya ictimaiyyətinin dini və mənəvi ehtiyaclarını tanınması və lazimi məhsulların istehsalı haqda danışıqlar aparılacaq.
Misçi əlavə edib ki, toplantıda dünyanın dörd qitəsindən Camiətul-Mustafa (s) universitetində tələbələr təhsil alır. “Hazırda dünyanın 100 ölkəsində 20 min tələbə Camiətul-Mustfa (s) elmi mərkəzində təhsil alır”, -deyə Misçi deyib. 726033