IQNA

AİP sədrinin ardınca daha bir nufuzlu ruhani həbs olunub

8:11 - January 09, 2011
Xəbər sayı: 2061054
Beynəlxalq şöbə: Ötən gecə Azərbaycanın tanınmış ruhanisi, Quran hafizi ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə polis idarəsinə aparılıb.Hazırda onun Abşeron r-nu Polis idarəsində olduğu önə çəkilir.
İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə verilən məlumata görə,Zülfüqar Mikayilzadə ötən gün Əhli-Beyt məclisində söhbəti zamanı Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun həbsini pisləyib. Hacı Zülfüqar Səmədovun alim və mömin olduğunu və ittihamların əsassız olmasını xütbəsində demişdi.

Məlumata əsasən, hazırda Hacı Zülfüqar Mikayılzadə Abşeron rayonu Polis İdarəsindədir. Hələ ki, o azad edilməyib. Hacı Zülfüqarı idarəyə aparan polis əməkdaşları polis rəisini gözlədiklərini və rəis gələnə kimi ondan heç bir izahat alınmayacağını açıqlayıblar. Bunun ardından çox sayda dindar Abşeron rayonu Polis idarəsinin qarşısına yığılmışdılar. İdarədən dindarlara bildiriblər ki, burada durmayın və onlardan ərazidən uzaqlaşmağı tələb ediblər. Əlavə narahatçılıq yaradılmaması üçün dindarlar ərazini tərk ediblər. Lakin Hacı Zülfüqar Mikayılzadə hələlik Polis İdarəsində saxlanılır.
captcha