İQNA Qurana gentliyinin “Əl-Şərq” qəzetinə istinadən məlumat verir ki, müsabiqədə müxtəlif islami ölkələrdən yeniyetmələr iştirak edəcək. Müsabiqə iki hissədə qızlar və oğlanlar arasında keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər fevral ayının 4-dək “islamweb” saytına daxil olaraq qeydiyyatdan keçməlidir. Müsabiqənin dəqiq keçirilmə tarixi Əl-Cəzirə kanalı vasitəsi ilə bildiriləcək.
Müsabiqənin təşkilindən məqsəd yeniyetmələr arasında Quranı əzbər oxumağa maraq və rəqabət yaratmaqdır. 732068