IQNA

Londonda “son yüzillikdə şiələrin elmi əsərləri” mövzusunda konfrans keçiriləcək

23:34 - January 18, 2011
Xəbər sayı: 2067098
Beynəlxalq şöbə: 2011-ci ilin martın 5-də Londonda “Son yüzillikdə şiələrin elmi əsərləri” mövzusunda (XVI əsrdən müasir dövrə kimi) beynəlxalq konfrans keçiriləcək.
İQNA Quran agnetliyi “CISS” saytına istinadən məlumat verir ki, bu konfrans London universitetinin Afriqa və Şərq ölkələri araşdırmalar mərkəzinin “Şiə araşdırmalar müəssisəsi”nin təşəbbüsü ilə keçiriləcək.
Şeyx Məhəmməd bin Həsən Hürr Amilininin təlif etdiyi “Vəsailuş-şiə”, Molla Sədranın “Əsfar”, Əllamə Məclisinin “Biharul-Ənvar”, Şeyx Murtəza Ənsarinin “Əl-Məkasibul-Mohərrəmə”, Axund Xorasaninin “Kifayətul-Usul” və Ayətullah Xoyinin “Möcəm Ricalul-Hədis” kimi kitablar bir günlük konfransda müzakirə olunacaq. 732675
captcha