Mitinq iştirakçıları Azərbaycanda orta məktəblərdəki hicab qadağası və buna etiraz edənlərin həbsinə etiraz ediblər. Əllərində "Hicab düşmənliyinə və həbslərə yox!" yazılmış plakat tutanlar "Səmədova azadlıq!" şuarı səsləndiriblər.
Qeyd edək ki, aksiya "Azərbaycandakı müsəlman məhbusların hüquqlarının müdafiə komitəsi" tərəfindən təşkil edilib.
"İsra Kültür Merkezi", "Fatih Akıncıları", "Hayder", "Kağıthane Filistin Gönüllüleri", "Zeytinburnu Ehl-i Beyt Dostları" tərəfindən təşkil edilən "Azərbaycandakı müsəlman məhbusların hüquqlarının müdafiə komitəsi"nin bu aksiyasına "Gençlik Derneği", "Davet Der", "Özgürder", "Anadolu Ehl-i Beyt Gençlik Derneği", "İstanbul Ehl-i Beyt Derneği" və "İnsan Der" də dəstək verib.732701