IQNA

Əl-Əzhər alimləri fitva verib: Tunis hökuməti dinə zidd hökumət olduğu üçün onun devrilməsi caizdir

23:52 - January 18, 2011
Xəbər sayı: 2067109
Beynəlxalq şöbə: Əl-Əzhər alimləri “Zeynəlabidin bin Əli”nin Tunisdəki hökumətinin diktator və İslama düşmən olduğunu elan edərək onun devrilməsini şəri baxımdan caiz elan ediblər.
İQNA Quran agentliyi “Nəsic” saytına istinadən məlumat verir ki, Əl-Əzhər universitetinin islami araşdırmalar asambeleyasının üzvi Əbdül-Möti Biyumi bildirib ki, Quranda و اطيعوا الله و اطيعوا الرسول و اولی الامر منكم» ayəsi mütləq formada deyilməyib və Allahın əmrləri və islami təlimlərin itaət və icrasına yönəlib. Bu səbəbdən xalqın vəzifəsidir ki, əgər hakimlərdən hər hansı biri öz vədlərinə əməl etmirsə və şəri hökümlərlə aşkara müxalifdirsə onun qarşısında dayanıb qıyam etsinlər.
Əl-Əzhərin digər elmi işçisi Məhəmməd Rafət Osman bu haqda deyib ki, Tunis hökumətinin devrilməsi şəri baxımdan cayizdir.
Tunisin sabiq prezidenti Zeynəlabidin bin Əli 23 il diktatorluq edərək hökumət başçısı olub və İslam və İslami dəyərlərlə mübarizə aparıb və sonda xalq üsyan edərək onu devirib və o Səudiyyə Ərəbistanına qaçıb. 733011
captcha