İQNA Quran agentliyi İKT saytına istinadən məlumat verir ki, İKT baş katibi İhsanoğlu bəyanat yayaraq BMT tərəfindən fevralın 2-7-nin “Dinlərarası koordinasiya həftə”si elan olunduğunu və bu həftə ilə bağlı bütün ölkələrdə tədbirlər keçirilməsinin lazımlığını vurğulayıb.
Bəyanatda bildirilir, İKT dinlərarası koordinasiyanın səviyyəsini artırmaqda öz üzərinə öhdəlik götürüb və 1998 –ci ildən BMT üzv ölkələr arasına mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslə çıxış edib.
Hazırkı şəraitdə “beynəlxalq səviyyədə dinlərarası koordinasiyaya” ehtiyac var və İKT müxtəlif vasitələrlə beynəlxalq ictimaiyyətdən bu problemin üzərində iş aparmağı istəyir. 742662