IQNA

"Müsəlman Qardaşları" təşkilatı Islam Inqilabının Böyük rəhbərinə tutduğu mövqelərinə görə təşəkkür edib.

22:55 - February 07, 2011
Xəbər sayı: 2077127
Beynəlxalq şöbə: Misirin "Müsəlman Qardaşları" təşkilatı İran İslam inqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneyi cənablarına sonuncu cümə namazındakı çıxışında Misir və Tunis xalqlarına verdiyi dəstəyə görə təşəkkür
İQNA Quran agentliyinin “ƏL-Kövsər” saytına istinadən məlumatına əsasən, Müsəlman Qardaşları" təşkilatının rəhbərlərindən biri Kamal Əl-Həlyavi İran İslam Cümhuriyyətinin Ali Rəhbəri Cümə namazında Misirdə cərəyan edən hadisələrə toxunaraq çıxış edib, biz İmam Xameneyi cənablarına və Misir nümayişlərini dəstəkləyən bütün insanlara öz minnətdarlığımızı bildiririk.
Bundan başqa, o əlavə edib ki, Misirdə müxtəlif partiyalar fəaliyyət göstərir. Ona görə də qanun dəyişikliyi olmalıdır, insanlar parlament nümayəndələrini özləri seçməlidirlər. Mübarəkin getməsindən sonra sağlam seçkilər keçirilməlidir. Və insanlar gələcək yeni hökumətlərini özləri qurmalıdırlar.
"Misirdə hamıdan əvvəl Xarici işlər naziri postundan getməlidir. İknicisi, onun müsəlmanların bir-biri ilə əlaqələrindən doğru-dürüst məlumatı yoxdur. Çox təəssüflə qeyd etməliyəm ki, Xarici işlər naziri Qərbin təsirii ilə anti-İran mövqeyi tutub. Bu da qəbuledilməzdir".
Bunlara da Kamal Əl-Həlyavi özünəməxsus cavab verib: "Mən də ümidvaram ki, bizim də İran kimi yaxşı bir dövlətimiz və onun şücaətli prezidenti Əhmədinejad kimi bir prezidentimiz olacaq".
Qeyd edək ki, həzrət İmam Xamene ötən həftənin cümə namazında İslam İnqilabının qələbəsinin il dönümü münasibəti ilə çıxış edib, çıxışında Tunis və Misirdə baş verən hadisələrdən danışıb və Ərəb dilli ölkələrə müraciət edib ki, onun bu çıxışı regional və beynəlxalq mətbuatda geniş yer alıb. 743533
captcha