IQNA

14:08 - February 12, 2011
Xəbər sayı: 2079490

Islam Peyğəmbərinin (s) miladı münasibəti ilə Beyrutda bayram şənliyi təşkil olunacaq

Mədəniyyət və incəsənət şöbəsi: İslam Peyğəmbərinin (s) miladı və “vəhdət” həftəsi münasibəti ilə fevralın 14-də Beyrutun “Məhəmməd Əmin” məscidində böyük bayram şənliyi təşkil olunacaq.

İQNA Quran agentliyinin “almarkazia” saytına istinadən məlumatına əsasən, bayram şənliyi Livanın “Müftilər evi”nin təşəbbüsü ilə, bazaar ertəsi şam və xiftən namazından sonra yerli vaxtla saat 19-da təşkil olunacaq.
Livanın müftisi Məhəmməd Rəşid Qubani bəyanat yayaraq Beyrut əhalisinin İslam Peyğəmbərinin (s) milad şənliklərində fəal iştirak etməyə səsləyib. Mərasimdə Livanın müftisinin çıxışı gözlənilir. 745089
captcha